Xırdalanlılara ŞAD XƏBƏR - Yolların təmirinə 3 milyon manat AYRILDI -  SƏRƏNCAM
    • 16-12-2019, 16:25
    • 799

Xırdalanlılara ŞAD XƏBƏR - Yolların təmirinə 3 milyon manat AYRILDI - SƏRƏNCAM

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

News.24.az-ın xəbərinə görə, sərəncamla Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.