-
- 16-12-2019, 19:00
- 6 897
“Allahdan məni bağışlamasını istəyirəm” - HUMAY QƏDİMOVA - VIDEOMÜSAHIBƏ - FOTOLAR
Tara mizrab vurduğu gündən bu yana ona sadiqdir. Mehrini, sevgisini ona salıb. Sevincini də, dərdini də hər kəsdən əvvəl onunla paylaşır. Sakit, mülayim, eyni zamanda çalışqan və əzmli... Humay Qədimova.
News24.az-a danışan sənətçi ilə yeniliklərindən tutmuş, ailəsinədək bir çox mövzularda söhbətləşdik. Çoxdandır mediada səsi-sorağı gəlməyən ifaçı ilk növbədə bundan danışdı:
- Düzdür, uzun müddətdir mətbuatda görünmürəm. Çünki başım yaradıcılığıma qarışıb. Yeniliklər üzərində çalışıram. Hazırda instrumental janrda “maşap” hazırlayıram. Burada Avropa musiqisi ilə azərbaycanlı bəstəkarların əsərlərinin sintezi var. Qarşıma ciddi yol cızmışam. Güman edirəm ki, bu cür layihələrlə repertuarımı zəngilləşdirəcəyəm.
- “Maşap”lardan danışdınız. Son zamanlar musiqimizdə kifayət qədər bu cür yenilik edənlər var. Onlardan bəziləri uğurla alınsa da, bir çoxları zəif, diletant iş kimi qiymətləndirilib tənqid olunur.
- Sizi bu addımı atmağa nə vadar etdi?
- Yeniliklər etməyi çox sevirəm. “Maşap”lara da münasibətim çox yaxşıdır. Ona görə də istədim repertuarımda belə bir işim olsun. Əgər bir musiqi dinləyicilər tərəfindən maraqla qarşılanırsa, deməli, ona tələbat var. Hər şey musiqilərin yığılmasından aslıdır. Məsələn, elə olur, estrada ifaçısısı meyxana janrına müraciət edib, “maşap” yazdırır. Onu bəyənən də, olur, bəyənməyən də. Yəni, bu bir növ zövqlə də bağlıdır. Mənə elə gəlir ki, instrumental versiya çox maraqlı alınıb və ona tələbat kifayət qədərdir. Dinləyicilərin qulaqları artıq instrumental musiqini dinləməyə öyrəşib. Bilirsiniz ki, tar olduqça zəngin və kökə bağlı alətdir. Tarın dinləyicisi də tamamilə başqa olur. Düşünürəm ki, tarda klassik qaydaları pozmamaq şərti ilə yeniliklər etmək lazımdır. Çünki yenilik hər zaman uğur gətirir və alətə, musiqiyə maraq doğurur.
“Rafet, Kibariyə... Hamısı Nahidlə getdi”
- Yeniliklərdən danışmışkən, bir neçə il qabaq Tarkanla layihəniz oldu, amma davamı gəlmədi...
- Tarkandan sonra layihənin davamı Kibariye və Rafet E Romanla oldu. Rafetlə sənət bağlarımız çox sıx idi. Ola bilər, son zamanlar bu yöndəki işlərimsəngidi. Bunun da öz səbəbi var. Səbəb sözügedən layihələrin təşkilatçısı mərhum prodüser, təşkilatçı Nahid Emiloğlunun həyatda olmasıdır. Bütün əlaqələrim onunla birgə getdi. Nahidlə çox yaxın dostluq münasibətimiz var idi. Amma təssüf ki, o, artıq bir ildir yanımızda yoxdur.
“Tarkan yanımda dizini yerə qoyub…”
- Tarkanla layihəmiz təxminən 10 il öncə oldu. Balaca qız idim. 21-22 yaşlarında olanda onunla birgə səhnəni bölüşmək şansını qazandım. Milli geyimdə onun “Şıkıdım” mahnısını ifa elədik. Heç vaxt inanmazdım ki, o cür mahnı tar, kamançada belə gözəl səslənə bilər. Baxmayaraq ki, Tarkan dünya ulduzudur inanın ki, heç bir kaprizi yox idi. Hətta məşqdə yanımda dizlərini yerə atıb mahnını oxudu. Bizə çox səmimi, isti münasibəti vardı. Amma baxırsan, 2-3 il fəaliyyət göstərən müğənnilər özlərindən elə razı olurlar ki.. Onların yerişi, duruşu, bütün hərəkətləri təkəbbürlü olur. Hətta əminliklə deyə bilərəm ki, məni xalqa sevdirən işim məhz Tarkanla birgə layihəmdir. Təbii ki, o zamanlar uşaq idik, sənətə olan eşqimiz aşıb daşırdı, istəyirdik hər yerdə tanınaq. Amma sənətdə böyüdükçə nəyin uğurlu, nəyin uğursuz olduğunu artıq ayıra bilirik.
“Bidəfəlik tarla vidalaşacam”
- Bəs, hansısa yaradıcı işinizə görə tənqid olunmusunuzmu?
- Vaxtı ilə ayaq üstə tar ifa eləməyimə görə məni kəskin tənqid eləyiblər. Əslində isə bunu səhnəyə mən gətirməmişəm. Amma baxıram, indi özünü tarda solist kimi göstərən əksər gənclər elə ayaqüstədirlər.
- Bir ara müğənnilik sevdasına düşmüşdünüz, amma tez vaz keçdiniz…
- Çünki, oxumaq mənim üçün sadəcə həvəs idi. Heç vaxt deməmişəm ki, “Mən səhnəyə gəlirəm. Bilirsiniz nələr edəcəm? Oxumaqla bağlı böyük işlər görəcəm, məndən qorxun, çəkinin”. Ola bilsin ki, o zamanlar dinləyicilər məni düzgün anlamadılar. Elə fikirləşdilər ki, birdəfəlik tarla vidalaşacam. Ya da, tardan bir şey çıxmadı deyə, müğənniliyə keçdim. Halbukii tar mənim üçün hər şeydən önəmlidir və birinci sıradadır. Tar üzrə təhsil almışam, hazırda pedaqoji fəaliyyətlə məşğulam, amma müğənni kimi təhsilim yoxdur. Sadəcə, özümü bu tərəfdən də sınamaq istədim. Müğənniliyimi bəyənənlər oldu. Hətta son zamanlar “İnstagram”da “niyə oxumursunuz?” deyə şərh yazırlar. Təbii ki, bəyənməyib, tənqid edənlər də var. Ola bilər ki, bir neçə aydan sonra yenidən bir mahnı oxudum. Toylara müğənni kimi çox getmişəm. İndi də dəvət alanda toy yiyələri həm mahnı oxumağımı, həm də tar çalmağımı istəyir.
“Qayıdıb deyirlər ki, musiqi lazım deyil”
- O zaman, Humay Qədimova şou-biznesdədir, yoxsa sənətdə?
- Azərbaycanda, ümumiyyətlə şou-biznes yoxdur. Biz də hər şey toy üzərində qurulub. Məclislərdə bir iki paylaşım edirlər, elə bilirlər şou-biznesdədilər. Bunlar fərqli-fərqli şeylərdir. Mən özümü sənətdə görürəm. Əgər sənətdəyəmsə, sənətimi nümayış etdirməliyəm. Hətta müəyyən verilişlər var ki, onlara dəvət alıram, amma getmirəm. Gedib sual verirsən ki, neçə oxuyacam, canlı olacaq? Qayıdıb deyirlər ki, heç bir musiqi lazım deyil. Ona görə də çoxuna getmirəm, çünki özümü o verilişlərdə görmürəm.
“Deyə bilmərəm ki, gecə-gündüz bir-birimizin evindəyik”
- Deyirsiniz ki, şou-biznesdə deyiləm, amma sizə mütəmadi olaraq sizi şou əhli ilə bir arada görürük...
- Düzdür, şou-biznesdən rəfiqələrim var. Tədbirlərlə, məclislərə tez-tez bir yerdə oluruq. Amma çox az hallarda yığışıb harasa gedirik. Yəni deyə bilmərəm ki, gecə-gündüz bir-birimizin evindəyik.
- Küsülü olduğunuz sənətçi var?
- Yox.
- Amma müğənni Yeganə Mürsəlovayla incik olduğunuzu deyirlər…
- Doğru deyil. İncikliyimiz yoxdur. Məclislərdə görüşürük, salamlaşırıq. Yəni ki, hər şey öz qaydasındadır.
- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Azca boş vaxtım olan kimi ailəmə sərf edirəm. Qardaşım uşaqları ilə tez-tez gəzintilərə çıxıram. Çünki uşaqları çox sevirəm. Onların üzünü güldürəndə çox xoşbəxt oluram.
“Ana olmaq istəyərdim”
- Bu qədər uşaqları çox sevirsiniz. Bəs, ana olmağı düşünmürsüz?
- Əlbəttə, ana olmaq istəyərdim, çünki bu, hər qadının haqqıdır. Məncə, dünyada elə bir qadın tapa bilmərsiniz ki, ana olmaq istəməsin. Çünki ana olmaq çox gözəl hissdir. Qadın üçün həyatının ən xoşbəxt məqamıdır.
“Məni yerbəyer eləməyə tələsirdi”
- Valideynlərinizi tez itirmisiniz. Yəqin həyatda olsaydılar, onlar da bunu arzulayardılar…
- Anam məni yerbəyer etmək üçün çox tələsirdi. Hər zaman deyirdi ki, “Bircə sənin toyunu görsəydim… Yuxularıma da belə gəlir. Sonuncu dəfə bu gün, səhərə yaxın onu gördüm…
Anama çox bağlı idim. Çünki atamı çox tez itirmişəm. 27, 28 yaşım olanda da hər zaman uşaq kimi məni tənbeh edirdi. Başımı aşağı salıb susardım. Ona görə də, anam rəhmətlik həmişə qohum – qardaş yanında deyərdi ki, “Humay heç vaxt məni incitməyib. Nə desəm, cavab qaytarmır”. Əgər, sağlığında az da olsa məndən razı qalıbsa, demək, xoşbəxt övladam. Yox, əgər istəməyərək qəlbinə dəymişəmsə, Allahdan məni bağışlamasını istəyirəm. Anam mənə çox dəstək olurdu. Hətta rayonlara toya çağıranda, çalışırdı məni tək buraxmasın. Studiyada işlərim gec bitəndə, ya da ki, toydan gec qayıdanda narahat olurdu. Deyirdi ki, işlərini günorta həll elə, axşama saxlama. Subay qızsan, görənlər nə deyəcək?"
Valideyn itirmək çox acı bir şeydir. Üstəlik, mənim bacım da yoxdur. Anamın itkisi çox ağır oldu. Ona çox ehtiyacım var. Anam yanımda olsaydı, hər şey başqa cür olardı. Zəkalı, uzaqgörən qadın idi. Hər bir valideyn övladının xoş gününü görmək istəyər.
Bu gün valideynlərim yoxdur, “bacı” deyəcək bir yaxınım da yoxdur. Əgər, xasiyyətcə güclü, mübariz olmasaydım, bəlkə bu gün sənətdə olmazdım”.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov