-
- 17-12-2019, 16:38
- 833
“Məktəblilərarası astronomiya olimpiadası”nın nəticələri MƏLUM OLDU
Bakı Dövlət Universitetində (BDU) keçirilmiş “Məktəblilərarası astronomiya olimpiadasının nəticələri açıqlanıb. IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.
BDU-nun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təşkilat komitəsinin qərarına əsasən ən yaxşı nəticə göstərən 3 şagird - Hikmət Güləliyev, Rəvan Quluzadə, Ayhan Süleymanzadə 1-ci yerə, 4 şagird - Toğrul Məmmədov, Rəşad Rəhimzadə, Nahid Əliyev, Şüeyib Aslanlı 2-ci yerə, 7 şagird - Azər Rzayev, Riyad Əlipaşalı, Vaqif Əliyev, Elşad İsgəndərli, Elxan Haqverdiyev, Murad Həsənov, Ramin Qasımlı isə 3-cü yerə layiq görülüblər. Mükafatlandırma mərasimi 21 dekabr saat 11:00 tarixində Bakı Dövlət Universitetində baş tutacaq. Bütün iştirakçılar hədiyyə və sertifikatla, habelə qaliblər diplom və xüsusi mükafatlarla təltif olunacaqlar. Bütün iştirakçılar və valideynlər mükafatlandırma mərasiminə dəvətlidir.
İştirakçılar nəticələrini fərdi olaraq [email protected] elektron poçt ünvanına müraciət edərək öyrənə bilərlər.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan “Məktəblilərarası astronomiya olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.