Zelenski Bakıda alış-veriş elədi - FOTOLAR
    • 17-12-2019, 17:45
    • 813

Zelenski Bakıda alış-veriş elədi - FOTOLAR

Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenskinin paytaxt Bakıdan etdiyi paylaşımları maraq doğurur. 

News24.az xəbər verir ki, Zelenski şəxsi "İnstagram"ında "Ukrayna məhsulları" adlı marketə girərək, ölkəsinə aid məhsullarla tanış olub: "Burada əsl Ukraynanın ab-havası hiss olunur və hər şey çox dadlı görünür. Marketdə pendir, yoqurt, kolbasa, hətta şirələr belə satılır. Azərbaycanlı biznesmən artıq on bir bu cür mağazaya sahibdir. O, biznesini daha da genişləndirib Ukrayna mətbəxinə aid restoran da açmaq fikrindədir". 

Sevda Bayramova