-
- 1-09-2018, 16:15
- 951
Adnan Oktarın dəlixana günlərindəki detallar üzə çıxdı - "19 rəqəminə xüsusi həssaslığı var"
“Hər gün dəst geyinər, Mehdi olduğunu iddia edər, uzun müddət dəstəmaz alardı...”
Türkiyədə “Adnan hoca” adlandırılan, hazırda həbsdə olan Adnan Oktar öncəgörmələrlə çıxış edib. Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bu barədə Qurban bayramı günlərində onunla açıq görüşə gedən qardaşı Kənan Oktar məlumat verib. K.Oktar bildirib ki, qardaşı “2-3 ay içində bəzi hadisələr, fəlakətlər ola bilər, zəlzələdən tutmuş müharibəyə qədər” deyib.
K.Oktar bildirib ki, qardaşının bu sözlərindən sonra o soruşub: “Hocam, İstanbulda zəlzələ olacaqmı? Ona görə harasa qaçaq”. O da belə cavab verib: “Yaşadığınız ev sağlamdırmı? O zaman o mübarəyin olduğu şəhərdə zəlzələ olmaz. Amma o mübarək şəxs şəhərdən çıxdı”. Zəlzələnin ola biləcəyini də istisna etmir”. Adnan Oktarın qardaşı eyni zamanda deyib ki, Adnan hocanı imam Mehdi olaraq görürlər: "RTÜK (Radio Televiziya Üst Qurumu) demişdi ki, o, dini duyğuları rəncidə edir. Amma əsas dini qənaətdə olan ən böyük alim onun özüdür. Dində ən yüksək elm sahibi hocamızdır”.
Bu arada Bakırköydəki psixi dispanserdə müalicə olunduğu dönəmdə Adnan Oktarın ilk psixiatriya müayinəsini edən, 8 ay boyunca onu izləyən professor Səfa Sayğılı Türkiyə mediasına açıqlama verib. Oktara 1987-ci ildə paranoyak diaqnozu qoyan Sayğılı hazırda ədliyyə tibb idarəsində çalışır. Oktarla bağlı 31 il sonradan yenidən əqli durumu ilə bağlı arayış təlləb edilsə, onlar yenidən qarşılaşacaqlar.
Professor Sayğıllı tam 8 ay boyunca müşahidə etdiyi Adnan Oktarı əqli xəstələrdən ayrı, özəl bir otağa köçürdüyünü deyərək, o günlər barədə danışıb: "Adnan Oktar bizə paranoid şizofreniya diaqnozu ilə gəlmişdi. Əqli xəstələrdən ayrı bir özəl palataya köçürmüşdük onu. Hər zaman gülərüzlü idi. Amma bəzi məsələlərdə qəribə həssaslığı vardı. Dəstəmazını alanda müddəti uzadır, gündə bir neçə dəfə dişlərini fırçalayırdı. Təlqin və inandırma gücü yüksək idi, danışanda insanlara çox təsir edirdi, gözlərinin içinə baxardı”.
"Xəstəxanada da lüks düşkünü idi”
Oktarın anası ilə özəl bir bağı olduğunu deyən Sayğılı sözlərinə belə davam edir: “Xəstəxanaya gətiriləndə 32 yaşındaydı. Ziyarətçi yasaqdı, amma anası ilə həddən artıq özəl bir bağı vardı aralarında. O müddətdə Adnanı ziyarətə gələn olmamışdı. Həddən artıq özünü bəyənmiş biri idi, seçilmiş və missiyalı olduğunu düşünürdü. Meqalomaniya durumu vardı. Lüks və bahalı geyimlər, ayaqqabılar geyinərdi. Hər gün dəst kostyumu hazır idi. Bugünkü dəbdəbəsi yenə də eyni idi”.
Adnan Oktarın mehdilik məsələsində “ilişdiyini” deyən Sayğılıya görə, Oktarın həmin vaxt da ağlı yerində idi, bu gün də. "O günkü Adnan Oktar bu gün də eynidir. Mehdilik məsələsi açılınca özünü itirir. 19 rəqəminə xüsusi həssaslığı var. Hər şeyi 19 rəqəminə bağlayırdı. 38 yaşına gələndə Mehdi olaraq gün üzünə çıxacağını deyirdi”.
"Babuna xəstəxanada təcrübə keçəndə Adnan Oktar ona qarmaq atdı”
Oktarın sağ qolu olan həkim Oktar Babuna ilə tanış olması da xəstəxana günlərinə təsadüf edir. Bu tanışlığın hekayəsini professor Sayğılı belə danışır: “Doktor Oktar Babuna ilə tanışlığı isə Çapa tibb fakültəsi tələbələrinin xəstəxanamıza gəldiyi günlərə təsadüf edirdi. Oktar ilk dəfə Babunaya orda qarmaq atdı. Oktar Babuna onun diqqətini çəkdi. Xəstəxanaya gəlib, servisi dolaşır, məlumat alırdı. Mən də danışırdım. Xəstələr bura nə məqsədlə gəlirlər, nə qədər qalırlar, girmələri necə olur, sənəd almaları necə olur – bütün bunları öyrənirdilər. Oktar Babuna ilə görüşəndə ona dərhal mehdiliklə bağlı danışmağa başlamışdı. Mövzu Babunaya da dəyişik görünmüşdü”.
Adnan Oktarın evinin Boğaz Körpüsünə yaxın olmasının səbəbini açıqlayan həkim bildirib ki, bu, onun özünü Mehdi olaraq görməsi ilə bağlıdır: “O, düşünürdü ki, Mehdi olacaq adamın evi Boğaza yaxın olmalıdır. Müridlərinə təsir etmək üçün Boğaza yaxın yaşayırdı”.
Həkim daha sonra həmin vaxt A.Oktara xüsusi xidmət orqanı əməkdaşlarının nəzarət etdiyini də açıqlayıb: “2 nəfər xüsusi xidmət orqanı əməkdaşı gəldi. Bizə dedilər ki, Adnan Oktarın insanları özünə bağlamasının qarşısını alaq, mane olaq. Mən də dedim ki, burdakıların hamısı qatil, təcavüzçü-filandır, onlara təsir etmək şansı yoxdur”.
A.Oktar qrupunun FETÖ-nu bir başqa versiyası olduğunu deyən professor S.Sayğılı fikirlərini belə izah edib: “Eyni üsuldan istifadə edir, eyni özəllikləri daşıyırlar. Hətta Adnan Oktar özünün Mehdi, Fətullah Gülənin də yardımçısı olduğunu deyirdi. Özünü Mehdi hesab edənlərin zəif nöqtəsi özlərinə həddən artıq çox güvənmələridir. Bu səbəblə də hər cür rəzilliyi edə bilirlər. Hər cür xətaya açıqdılar, ona görə də yaxalanırlar”.
A.Oktarın varlı uşaqlarını hədəf aldığını deyən professor eyni zamanda aşağıdakıları deyib: "Dini savadları olmayanları inandırırdı. Özünü mehdiliyiə indeksləmişdi. Hədəfi bu şəkildə şər imperatorluğu qurmaq idi”
//xalqxeber.az