Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlandı
    • 19-12-2019, 00:57
    • 998

Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlandı

Şirvanda 45 yaşlı qadın bıçaqlanıb.
News24.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən yataqxanalardan birində yaşayan 1984-cü il təvəllüdlü Qubadova G. keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qadını bıçaqlayan keçmiş həyat yoldaşı, Şirvan şəhər sakini Quliyev Azad Ərəstun oğlu hadisədən sonra qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.