-
- 1-09-2018, 16:40
- 1 666
355 milyon sərvəti olan Beyons pulunu nələrə xərcləyir? - FOTO
Beyons da pulunun çoxunu əmlaklara xərcləyir.
Ailəsi ilə həyatının böyük bir hissəsini tətil bölgəsi olan Hemptonsda keçirən müğənni ötən il buradan 26 milyon dəyərində malikanə satın alıb.
Onun qonşuları arasında Marta Stivart, Stiven Spilberq və Raşl Simmons var.
Bundan başqa, ötən il Bel Eyrdə daha bir evə 88 milyon dollar ödəyərək sahib olub.
Həyat yoldaşı Cey Zi ilə Parisdə “Hotel Le Meurice”ın gecəlik 20 min dollar xərci olan otaqda qalıb. Dəniz istirahətini isə superyaxta hesab edilən “Galactica star”la edir. 73 milyon dəyəri olan yaxtanın həftəlik xərci 900 min dollardır.
Beyons hədiyyə verməyi də çox sevir. Əri Cey Ziyə 41 yaşında 2 milyon dollar dəyəri olan “Buggati Veyron”, Atalar günündə 40 milyon dəyərində “Bombardier Challenger 850” modeli özəl təyyarə hədiyyə edib.
Müğənni bir milyon dollar qiyməti olan xüsusi olaraq onun üçün düzəldilmiş “Mercedes”in səs sisteminə 150 min dollar xərcləyib.
Bir dəfə üçün istifadə edilən kirpiklərinin dəyəri 60 dollardır. Manikürə isə min dollar xərcləyir.
Elit təbəqəyə xidmət edən “Jacob&Co.” zinət əşyaları mağazasının müştəriləri arasındadır. Buradakı zinət əşyalarının dəyəri isə 200 min dollarla bir milyon dollar arasında dəyişir.
Üçuşaqlı Beyonsun ev xərcləri də yüksəkdir. Evdə bütün günü çalışan aşpazına ayda 7 min 500 dollar maaş verir. Dietoloqunun aylıq maaşı isə 4 min dollardır.
Beyons qızı Ayviyə ilk ad günündə 80 min dollar dəyərində brilliantlarla bəzənmiş “Barbie” hədiyyə edib. Doğum günü partisi üçün isə 104 min 460 dollar xərcləyib.
Beyons sərvətini yardıma ehtiyac olan insanlarla paylaşmaqda da tərəddüd etmir. Belə ki, müğənni 31 yardımla məşğul olan quruma hər ay davamlı olaraq pul ödəyir.
//oxu.az