-
- 1-09-2018, 16:59
- 845
Dünyada qəribə mikrodövlət - FOTO
Şimal dənizində platforma özünü ölkə elan edib, halbuki diplomatik səviyyədə tanınmayıb. Söhbət Silend ölkəsindən gedir.
Silend – dünyanın qəribə mikrodövlətidir, İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya tərəfindən müdafiə məqsədilə tikilən platformadır. Məsələ burasındadır ki, platforma Britaniya ərazisində kənarda quraşdırılıb. Bundan fürsətcil Roy Beyts və Ronan O`Rayli istifadə edib və 1967-ci ildə platformanı müstəqil ölkə elan edib.
Sonralar Beyts və O`Raylinin yolları ayrılıb. Birincisi özünü “knyaz”, həyat yoldaşı Coanı isə Silendin “knyaqinyası” elan edib. Daha sonra “knyaz” titulu oğlu Maykla keçib.
Platformanın statusu barədə mübahisələr uzun müddət davam edib. Hətta silahlı basqına da əl atılıb. Lakin, məsələni məhkəməyə yönləndirmək mümkün olub.
Hazırda Silend ayrıca ölkə kimi heç bir dünya dövləti tərəfindən tanınmayıb. Lakin buna baxmayaraq Silend dövlətçiliyin minimal tələblərinə cavab verir. Belə ki Silend dövlət orqanları, konstitusiya, bayraq, gerb və himnə malikdir, pasport verir, pul vahidi və poçt markaları buraxır. İndiyə qədər tanınmamış ölkənin pasportu 300 nəfərə yaxın insana verilib.
//publika.az