Bakıda narkotik satan qadın ƏLƏ KEÇDİ
    • 20-12-2019, 12:56
    • 999

Bakıda narkotik satan qadın ƏLƏ KEÇDİ

Polis əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat keçirib.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Kərimova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 333 qramdan artıq tiryək götürülüb. 

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, evindən isə 440 qram marixuana aşkar edilərək götürülüb.