Keçmiş məhkumdan 5 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ

Keçmiş məhkumdan 5 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ
HADİSƏ

17-01-2020, 12:14

Mətn ölçüsü

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb. Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 1 kiloqram 256 qram heroin aşkar edilərək götürülüb. 

Bundan başqa Sabunçu RPİ 42-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkar edilərək götürülüb.