Ötən gün yol qəzalarında 3 NƏFƏR ÖLÜB
    • 21-12-2019, 12:28
    • 763

Ötən gün yol qəzalarında 3 NƏFƏR ÖLÜB

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az verilən məlumata görə, dekabr ayının 20-də törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.