-
- 21-12-2019, 15:40
- 880
Yaşayış binalarının arasına aparıb...- Quldur dostların CİNAYƏTİ -VİDEO
Bakıda siqaret istəmək adı ilə quldurluq edən 3 “dost” saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospekti, 82 ünvanında Bakı şəhər sakini Elnur Niftullayevə qarşı quldurluq edilib.
Hadisə zamanı naməlum şəxslər zərərçəkənə əvvəlcə siqaret istəmək adı ilə yaxınlaşıblar. Daha sonra onu yaşayış binalarının arasına aparıb boğmağa cəhd edərək quldurluq yolu ilə zərərçəkənin 500 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər. Zərərçəkən hadisədən sonra Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib və iş üzrə E.Niftullayevin izahatı alınıb.
Nəsimi RPİ və 19-cu PŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuşlar - paytaxt sakini Kamran Pirquliyev, Saatlı rayon sakini Qasım Əliyev və Xaçmaz rayon sakini Qərib Abdalov saxlanılıblar. Hər 3 şəxs ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, aralarındakı rol bölgüsünə əsasən, hadisə zamanı əvvəlcə Qasım Əliyev zərərçəkənə yaxınlaşaraq ondan siqaret istəyib. Daha sonra Kamran Pirquliyev və Qərib Abdalov həmin şəxsə arxadan yaxınlaşaraq onun boğazından tutub zorakılıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirməklə zərərçəkənin üzərində olan qiymətli əşyaları və pulu tələb ediblər.
Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.