Yevlaxda 3 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib

Yevlaxda 3 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib
HADİSƏ

21-12-2019, 17:59

Mətn ölçüsü

Dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyundai” markalı 06-AC-183 dövlət nömrə nişanlı avtomobilin Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı 43-BC-806 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Baş Prokurorluqdan News24.az-averilən məlumata görə, hadisə nəticəsində sonuncu avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü Cəlal Rüstəmov və 1967-ci il təvəllüdlü İlqar Namazovun vəfat etmələri faktına görə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.