3 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA
    • 19-12-2019, 13:26
    • 805

3 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 18-də Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən News24.az-a verilən məlumata görə, dekabrın 18-də saat 18 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində Gəncə şəhər sakini T.Nəbizadənin idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə E.Musəvi və sərnişinləri - Goranboy rayon sakini Cəlal Rüstəmov və Yevlax rayon sakini İlqar Namazov hadisə yerində ölüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.