Ailə faciəsi! - 2 nəfər öldü, 3 nəfər yaralandı
    • 21-12-2019, 22:47
    • 873

Ailə faciəsi! - 2 nəfər öldü, 3 nəfər yaralandı

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.
Belə ki, "Mitsubishi"markalı minik avtomobilinin aşması nəticəsində bir ailənin 5 üzvü  - sürücü  Hacıyev Ələsgər Aqil oğlu, Məmmədov Həsən Abdul oğlu, Məmmədova Zemfira Seyfulla qızı, Məmmədova Təranə Saleh qızı, və Məmmədova Şükriyyə Telman qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Təranə Məmmədova və Zemfira Məmmədova xəstəxanada ölüblər.
Faktla bağlı araşdırma aparılır.