Ağcabədidə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb
    • 1-03-2019, 19:21
    • 1 723

Ağcabədidə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb

Ağcabədi rayonunda ağır yol qəzası baş verib. 

Hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb. 
Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüblər. Digər avtomobildə olan üç nəfər Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

//Report