Zəncirvari qəza - 70 maşın toqquşdu - VİDEO

Zəncirvari qəza - 70 maşın toqquşdu - VİDEO Dünya
ABŞ-ın Virciniya ştatında cəncirvari avtomobil qəzası baş verib.

News24.az "Vesti.ru"ya istinadən xəbər verir ki, dumanlı və sürüşkən yolda 70 avtomobil toqquşub. Qəzada 50-dən çox insan yaralanıb. Onlardan bir çoxu xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Yaralıların əksəriyyətinin baş verənləri görmək üçün avtomobillərindən düşərkən xəsarət aldıqları qeyd edilib.