Oğlu doğuldu, ana 1 həftə sonra öldü - 3 qızı var idi
    • 3-09-2018, 10:53
    • 1 208

Oğlu doğuldu, ana 1 həftə sonra öldü - 3 qızı var idi

Bakıda qadın doğuşdan sonra vəfat edib.

Hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital”da baş verib.

Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Xanımnaz Əliyeva avqustun 25-də qeysəriyyə əməliyyatı keçirib və oğlu olub. Sentyabrın 1-də isə həmin xəstəxanada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.
X.Əliyevanın bundan öncə 3 qızı olub. 

//Qafqazinfo