Azərbaycan Vokalçıları Festivalı Gəncədə
    • 23-12-2019, 15:25
    • 1 130

Azərbaycan Vokalçıları Festivalı Gəncədə

Respublikamızda ilk dəfə keçirilən “Azərbaycan Vokalçıları Festivalı” vüsət alaraq təkcə Bakı şəhərində deyil, ölkəmizin digər bölgələrində də uğurla keçirilir.

News24.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsert Gəncə və ətraf rayonlardan çoxsaylı auditoriya toplayaraq böyük rezonansa səbəb olub.

Konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman Ələsgərov, Rauf Hacıyev və digər unudulmaz Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirərək auditoruya tərəfindən gürultulu alqışlarla qarşılandı.