Azərbaycanlı rejissor bu dəfə gəncəlilərlə görüşəcək
    • 28-01-2019, 13:23
    • 676

Azərbaycanlı rejissor bu dəfə gəncəlilərlə görüşəcək

Rejissor Nail Naiboğlu növbəti konsertə hazırlaşır. 

News24.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rejissorun yaradıcılıq gecəsi keçiriləcək. 

Mayın 5-də baş tutacaq tədbirdə estradamızın ulduzları səhnəyə çıxacaq. 

Bu barədə məlumat verən N.Naiboğlu təflifin Gəncə Dövlət Filarmoniyasından gəldiyini bildirib. O, həmçinin gecənin Bakıda baş tutan "Gülüm" konsertindən fərqlənəcəyini və Gəncə sakinlərinin məmnun qalacağını deyib. 

Teymur MƏMMƏDOV