Binəqədidə evdən 9 min manatlıq OĞURLUQ EDİLDİ
    • 23-12-2019, 17:01
    • 1 506

Binəqədidə evdən 9 min manatlıq OĞURLUQ EDİLDİ

Binəqədi rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 3200 manat və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Çərkəzov saxlanılıb.