-
- 24-12-2019, 11:45
- 1 674
Amerikaya köçdüyü deyilən Zeynəb Xanlarova Bakıda - AÇIQLAMA- VİDEO
Əməkdar artist Rəşad İlyasov xalq artisti Zeynəb Xanlarova ilə AzTV-nin Yeni il çəkilişləri üçün bir araya gəlib.
News24.az xəbər verir ki, Rəşad İlyasov İnstaqram hesabında Zeynəb Xanlarova ilə video paylaşaraq bu sözləri qeyd edib: “Zeynəb Xanlarova ilə Yeni il çəkilişlərinə hazırlaşırıq. Zeynəb xanımla da çox gözəl layihələrimiz var".
İlyasov Xanlarovanın yanında olan iki gənclə bağlı maraqlı fakt açıqlayıb. O, sözügedən şəxslərin Xalq artistini çox sevdiyini, bunun üçün soyadlarını (Cabbarova və Qasımov) dəyişərək “Xanlarova” olaraq dəyişdirdiklərini vurğulayıb: "Bu iki gəncin Zeynəb xanıma o qədər sevgisi var ki, öz soyadlarını dəyişib, Xanlarov və Xanlarova ediblər. Bu da sevginin çox gözəl nümunəsidir”.
“Mən kimisə nə qədər çox istəsəm də, soyadımı dəyişmərəm. Məhəbbətə, sevgiyə baxın! Bunun üçün həyatda yaşayıram. Mən 5-6 nəfər üçün yaşamıram”,- deyə Zeynəb Xanlarova bildirib.
Zeynəb Xanlarova isə “ Mən kimisə nə qədər sevsəm də familyamı dəyişmərəm. Bunlardakı sevgiyə, məhhəbətə bax. Mən həyatda belə insanlar üçün yaşayıram, beş-altı insan üçün yaşamıram” ona görə soyadını dəyişən gənclərə belə reaksiya göstərib.
Müğənni daha sonra İnsaqram səhifəsində paylaşdığı videonu silib.
Qeyd edək ki, mətbuatda Zeynəb Xanlarovanın Amerikada fond yaratdığı və oraya köçdüyü haqda xəbər yayılmışdı.