-
- 24-12-2019, 14:50
- 708
“Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir KEÇİRİLDİ - FOTO
18 dekabr 2019-cu il tarixində Ombudsmanın Cəlilabad Regional Mərkəzi Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirib.
Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov insan hüquqlarının inkişaf mərhələlərindən danışıb, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın mahiyyətindən bəhs edib. Z.İsmayılov ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməlinin Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulduğunu, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən Əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəalarının insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazıldığını, insan hüquqları və azadlıqlarının ən yüksək dəyər kimi təsbit olunduğunu nəzərə çatdırıb.
Bildirilib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri insan hüquq və azadlıqlarının müdafiəsi olub. Qeyd edilib ki, bu gün Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verir, dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə islahat xarakterli mühüm addımlar atılır.
Z.İsmayılov hüquqi islahatların tərkib hissəsi kimi Azərbaycanda ölüm hökmünün ləğv olunmasının, insan hüquqlarına dair müvafiq qanunlar və proqramların qəbul edilməsinin, Ombudsman institutunun yaradılmasının və digər mühüm tədbirlərin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, insan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.