-
- 3-09-2018, 13:02
- 1 221
Bakıda biabırçılıq — Evli qadını intim videoları ilə şantaj edib 12 min manatını aldı
Qaradağ rayon Məhkəməsində evli qadını şantaj edib pulunu alan şəxsin məhkəməsi başlayıb.
Hakim Teymur Qurbanovun sədrliyi ilə Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj edib.
Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.