Bakıda dəhşətli hadisə: “KamAZ” azyaşlının üstündən keçdi
    • 25-12-2019, 13:30
    • 851

Bakıda dəhşətli hadisə: “KamAZ” azyaşlının üstündən keçdi

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonunun Binəqədi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub və nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.