Zirəddin Rzayev: "İnsanlar hər bir murdarçılığı edirlər"
    • 3-09-2018, 13:41
    • 2 173

Zirəddin Rzayev: "İnsanlar hər bir murdarçılığı edirlər"

Ekstrasens Zirəddin Rzayev rejissor Nail Naiboğlunun "STOP" layihəsinin qonağı olub. 

Rusiyada fəaliyyət göstərən Z.Rzayev heyvanlarla insanları müqayisə edib:

"Məni Rusiyada heyvanların müdafiəçisi kimi tanıyırlar. Hətta heyvanlara olan məhəbbətim, insanlara olan sevgimdən qat-qat üstündür. Bunu utanmayaraq deyirəm.

Mənim üçün dünyanın ən ali və ən aşağı varlığı insandır. İnsanlarda olan qorxunc və xoş fikirləri gözlə görmək mümkün deyil. Ona görə də insnalardan qorxuram.

İnsanların mənə qarşı olan qeyri-səmimi münasibətini gördükdə onlardan iyrənirəm. Hətta heyvanların belə intim dünyasında bir qanun var. Amma insanlar hər bir murdarçılığı edirlər.

İtin bir üzü var. Sən ona çörək verdinsə hər zaman yanındadır. Hətta sonradan ona yemək verməsən belə, o səndən dostluq görüb və daima səninlə olacaq. İnsanlar isə bir-birinə adına, vəzifəsinə, statusuna görə hörmət edir. Belə şeyləri bir itlə müqayisə edəndə görürük ki, heyvan insandan qat-qat üstündür". 

Teymur Məmmədov