-
- 25-12-2019, 15:50
- 884
Qurban Qurbanov balaca fanatına BÖYÜK SÜRPRİZ ETDİ - FOTOLAR - VİDEO
Hər zaman böyük addımları ilə kövrək ürəkləri sevindirən "Dəstək olaq" İctimai Birliyi 2 yaşını onkoloji xəstəlikdən əziyyət çəkən 12 yaşlı Cabirin valideynləri ilə birgə yaşadığı evdə keçirməyi qərara alıb.
News24.az xəbər verir ki, "Dəstək olaq" İctimai Birliyi Cabirin evinə kumiri olan “Qarabağ” klubunun Baş məşqçisi Qurban Qurbanovla gedərək ona böyük sevinc bəxş edib.
Belə ki, birlik uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Cabiri sevindirmək qərarına gəlib. Birlik valideyinlərindən Cabirin ən böyük arzusu “Qarabağ” klubunun Baş məşqçisi Qurban Qurbanovla görüşmək olduğunu öyrənib.
Birliyin rəhbərliyi Qurban Qurbanovla əlaqə saxlayaraq məsələni ona çatdırıb və onu Cabirin yaşadığı evə dəvət edib. O, Cabir balaya sürpriz edib. Hətta əli boş da gəlməyib. Cabirə İmzalı top və üzərində "7 nömrəli Cabir" yazısı olan forma da hədiyyə edib.
Cabir buna çox sevinərək Qurban Qurbanova təşəkkürünü bildirib, ən böyük arzularından birinə çatdığını söyləyib. Sonda xatirə şəkli çəkilib.
Sevda Bayramova