Ana övladlarına işgəncə verdi-illər sonra övladları analarından intiqam aldı - FOTOLAR
    • 6-07-2018, 19:00
    • 983

Ana övladlarına işgəncə verdi-illər sonra övladları analarından intiqam aldı - FOTOLAR

News24.az xəbər verir ki, ingiltərədə iki qız doğma anaları tərəfindən uzun müddət şiddətə məruz qalır. Nə qədər mərhəmətli olmasını gözləsələr də, anaları onları döyməkdə davam etdi. Hər gün ölüm qorxusunda idilər. Uzun illərdən sonra analarının etdiyi şiddəti geri qaytardılar.

Hazırda 34 yaşında olan Katarina Dore, 5 yaşından 15 yaşına qədər öz anası tərəfindən şiddət görüb. Adının açıqlanmasını istəməyən bacısı isə, 6 yaşından 16 yaşına qədər eyni işgəncəni görüb.

10 il bu davam edən bu işgəncədən Katerina balaca bacısını qorumağa çalışsa da, bacara bilmir. Sonunda bacılar 64 yaşındakı anaları, Susan Speedə qarşı məhkəməyə müraciət ediblər və ondan şikayətçi olublar. 

Qeyd edək ki, Susan Speed uşaqlara qarşı şiddətə görə 2 illik həbs olunub. Həbsdən öncə isə, 2 il boyunca reabiltasiyada qalacaq.

Sonunda bacılar üzərlərindən böyük bir yükün qalxdığını qeyd ediblər.

Elvin Nüsrətoğlu