Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar
    • 25-12-2019, 22:22
    • 982

Laçınlılar icra başçısına görə Prezident Adminstrasiyasının qarşısına yığışdılar "Həbs edilsin" -VİDEO

Laçın rayonundan olan bir qrup sakin Prezident Adminstrasiyası qarşısına yürüş ediblər.
News24.az Unikal.org-a istinadən xəbər verir ki, rayon sakinləri Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərlinin vətəndaşlara qarşı olan laqeyd münasibətinə öz etirazlarını bildiriblər.  
Onlar bir müddət öncə Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün və rayon təhsil şöbəsinin keçmiş işçisi Müqabil Baxışovun özünü asaraq öldürməsində Laçın rayon icra başçısı Aqil Nəzərlinin günahkar olduğunu bildiriblər. Rayon icra hakimiyyətinə, eləcə də Prezident Adminstrasiyasına müraciət etmələrinə baxmayaraq M. Baxışovun intihara sürükləyənlərin cəzalandırılmadığına etiraz ediblər.