Laçından olan məcburi köçkünlər Heydər Əliyevin xatirəsini anıblar
    • 12-12-2018, 18:22
    • 853

Laçından olan məcburi köçkünlər Heydər Əliyevin xatirəsini anıblar

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. 

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, veteranlar, gənclər, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül dəstələri düzüblər.
Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. Rayonun icra başçısı Aqil Nəzərli çıxışında dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışıb. O, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirib.
Daha sonra tədbirdə “Heydər Əliyev - tarixi şəxsiyyət, əbədiyaşar lider" mövzusunda məruzə dinlənilib.
Natiqlər çıxışlarında ulu öndər Heydər Əliyev strategiyasının müstəqil Azərbaycanın inkişaf yolu olduğuna əminliklərini vurğulamaqla bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər. 

//Report