"İmtahan vaxtını iştirakçı özü təyin edir" - MƏLEYKƏ ABBASZADƏ
    • 27-12-2019, 11:46
    • 882

"İmtahan vaxtını iştirakçı özü təyin edir" - MƏLEYKƏ ABBASZADƏ

"Bir yenilik var ki, bu da imtahan vaxtını iştirakçı özü təyin edir. İştirakçı hansısa suala cavab verməyib digərinə keçə bilər. Daha sonra həmin suala qayıda bilər".

News24.az
xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, iştirakçılar imtahanları öz evlərində verəcəklər:"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, insan faktorundan uzaqdır. Burada imtahan verən şəxs öz evindədir. Onlara suallar müəyyən vaxt çərçivəsində veriləcək. Bu, sualın çətinliyindən asılı olacaq. Əgər həmin adam sualı cavablandırmasa, o təkrarlanmayacaq. Bunun əlaqədar qeydiyyatdan keçən iştirakçılar üçün sınaq imtahanında iştirak etmək şəraiti yaradacağıq. Bu elə bir imtahandır ki, biz burada iştirakçıya daha çox etimad göstəririk.  İnanırıq ki, o özü suallara cavab verəcək.  Əgər o özü suallara cavab verməsə, bunu da aşkar edə biləcəyik. Bunun da yolları var".