YAP-ın iclası başa çatdı: Əksər deputatların adları... SON DƏQİQƏ- YENİLƏNDİ
    • 27-12-2019, 12:47
    • 1 026

YAP-ın iclası başa çatdı: Əksər deputatların adları... SON DƏQİQƏ- YENİLƏNDİ

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.

Siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur. /trend/


***
12:15
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.

News24.az xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.