Şagirdlərin 94, müəllimlərin isə 90 faizi internetlə təmin edildi Azərbaycanda
    • 28-12-2019, 17:43
    • 528

Şagirdlərin 94, müəllimlərin isə 90 faizi internetlə təmin edildi Azərbaycanda

2019-cu ildə Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, ölkənin müxtəlif pillələri üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3900-a yaxın təhsil müəssisəsini əhatə edir.

Ölkə üzrə şagirdlərin 94 faizi, müəllimlərin isə 90 faizi internetlə təmin olunub.

Afaq Mirayiq