“Elmar Vəliyev İsrailə aparılmayıb, sui-qəsd edənin anası ermənidir”- qardaşı hərbi prokror Xanlar Vəliyev
    • 6-07-2018, 17:24
    • 2 310

“Elmar Vəliyev İsrailə aparılmayıb, sui-qəsd edənin anası ermənidir”- qardaşı hərbi prokror Xanlar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib.

 İcra başçısının qardaşı, Azərbaycan Respublikası Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyevl ekskuliziv açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. O eyni zamanada qardaşına edilən sui –qəsdlə bağlı da danışıb.

“Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yanandır. Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşalah daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sösüz ki, bu ölkə Prezidentinin də diqqəti qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəst eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

“Qaldı ki, Elmar Vəliyevə qəsd bu radikal dinçilərin işidir. O adamın özü anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s insanı emosiyalardır, bu mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan döyəsən…Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt möhümatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın dinə inanın.”

“Bir daha deyirəm Elmar Vəliyevin vəziyyəti yaxşıdır.Onun haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq.”

Bizimyol.info