-
- 30-12-2019, 01:36
- 783
Bakıda kafedə avtomatla 2 nəfəri güllələyən şəxsin Taleyi bəlli oldu
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə və zərərçəkmişlə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb.
News24.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti və protest təmin edilməyib. H.Abbasquliyev qərardan narazı qalaraq kassasiya şikayəti verib.