Xalq artisti Bakı Nəqliyyat Agentliyini tənqid etdi:
    • 31-12-2019, 11:20
    • 456

Xalq artisti Bakı Nəqliyyat Agentliyini tənqid etdi: "YALAN DANIŞIRSINIZ" - FOTO

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik Bakı Nəqliyyat Agentliyini sərt tənqid edib.

News24.az-ın məlumatına görə, BNA-nın mətbuat katibi Mayis Ağayevin çalışdığı qurum tərəfindən 1 yol nişanının 1840 manata rəsmiləşdirilməsi ilə bağlı televiziyadakı fikirlərinə reaksiya verən Ramiz Məlik onun yalan danışdığını deyib. Tanınmış aktyor bildirib ki, paytaxtda zərurət səbəbindən avtomobillərin saxlanması hallarında da BNA əməkdaşları gizlicə çəkib qaçırlar. Qeyd edək ki, son vaxtlar BNA-da adi istiqamətverici lövhənin həddindən artıq baha qiymətə rəsmiləşdirilməsi, eyni zamanda şəhərdə tıxaclara həll yolu tapmaması və sürücülərin cərimələnməsi ilə bağlı bu qurum haqqında kütləvi narazılıqlar var.