-
- 6-07-2018, 17:27
- 2 026
Bu sözləri ananıza heç vaxt deməyin - SİYAHI
Böyük fransız yazıçısı, dramaturq Viktor Hüqo deyib ki, “Ana ona ən çox əzab verən övladını sevir”.
Heyif ki, son illər ərzində istər televiziyadan istərsə də real həyatda övladın anaya qarşı kobud rəftarının şahid oluruq.
Deyirlər ki, müəyyən yaşdan valideynin xasiyyəti uşaqlara bənzəyir. Onlar bizim ahıl yaşlı övladlarımız olur.
Bəlkə də bu, illər ərzində övladına göstərdiyi qayğının, çəkdiyi əziyyətin yorğunluğudur ki, tab gətirə bilmir.
Analar çəkdiyi əziyyəti heç vaxt dilə gətirməz, bir gözü ilə ağlasa da digər gözü ilə gülər hər zaman.
Ana bizi ən böyük səhvimizlə qəbul edən, çətin vaxtımızda başımızı dizinə qoyaraq rahatlıq tapa biləcəyimiz yeganə dostumuzdur. Əbəs yerə “Uşaq anadan yetim qalır” demirlər. Bu yazıda analara söyləməməli olduğunuz bir neçə ifadə yer alır.
Vaxtım yoxdur
Sənə nifrət edirəm
Məni sən belə böyütmüsən
Atamı heç vaxt sevməmisən
Atam səni atmaqda haqlıdır
Onsuzda məni anlamayacaqsan
Cahilsən ona görə də bu məsələyə qarışma
Məni yetəri qədər sevməmisən
Pis görünürsən
Həyatımı məhv etmisən. Sən mənim anam deyilsən
P.S Yanımızda olarkən qiymətini bilmədiyimiz, 1 saatlıq yoxluğunda gözümüzün axtardığı müqəddəs varlıqların qədrini sağlığında bilməliyik.
Teymur Məmmədov
VİDEO: Adil Ağayev