Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs XİLAS EDİLDİ
    • 2-01-2020, 11:38
    • 679

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

FHN-dən News24.az-averilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.