"MTV Azərbaycan"dan Rəhim Rəhimli ilə bağlı AÇIQLAMA
    • 5-01-2020, 13:54
    • 1 535

"MTV Azərbaycan"dan Rəhim Rəhimli ilə bağlı AÇIQLAMA

Rəhim Rəhimlinin kanalın rəhbərliyindən getməsi xəbəri yalan çıxdı.
News24.az xəbər verir ki, Mtv Azərbaycan kanalının rəhbərliyindən verilən məlumatda deyilir:  "Mediatime səhifəsində kanal rəhbəri Rəhim Rəhimlinin vəzifəsindən getdiyi barədə yayılan xəbər dezinformasiyadır. Məlumat dəqiqləşdirilmədən yayılıb.
Rəhim Rəhimlinin Mtv Azərbaycan kanalının Yeni il proqramında iştirak etməməsinin səbəbi isə bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Belə ki, Rəhim Rəhimli hazırda kanalın direktoru vəzifəsində öz işini davam etdirir.