Hacıqabulda keçmiş məhkumlardan NARKOTİK GÖTÜRÜLDÜ
    • 6-01-2020, 11:42
    • 820

Hacıqabulda keçmiş məhkumlardan NARKOTİK GÖTÜRÜLDÜ

Avtomobildən və üzərilərindən narkotik vasitə aşkar olunub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb.

Belə ki, Razi Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal
Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan  tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.