Keçmiş məhkumdan NARKOTİK GÖTÜRÜLDÜ
    • 15-01-2020, 10:53
    • 859

Keçmiş məhkumdan NARKOTİK GÖTÜRÜLDÜ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 
 
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Azad Yusifli  polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın  narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı Hacıqabul  RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.