"YAP-ın parlament seçkilərində növbəti dəfə qələbə qazanacağına inanıram" - Əli Əhmədov
    • 7-01-2020, 19:05
    • 1 210

"YAP-ın parlament seçkilərində növbəti dəfə qələbə qazanacağına inanıram" - Əli Əhmədov

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb”.

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşıb.

Əli Əhmədov qeyd edib ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. “Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir.

Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm”.