Hərbi xidmətdən yeni qayıdan gənc faciəvi şəkildə öldü
    • 7-01-2020, 22:38
    • 1 064

Hərbi xidmətdən yeni qayıdan gənc faciəvi şəkildə öldü

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.


News24.az bildirir ki, APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.


Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.


Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.


Faktla bağlı araşdırma aparılır.