"Bu vəhşiliyi törədənlər layiq olduğu cəzanı almalıdırlar" - QƏNİRƏ PAŞAYEVA
    • 8-01-2020, 13:47
    • 1 795

"Bu vəhşiliyi törədənlər layiq olduğu cəzanı almalıdırlar" - QƏNİRƏ PAŞAYEVA

“Nə danışaq? Sözün aciz qaldığı yerdəyik. Bu, bir ailənin, nəslin, kəndin, rayonun faciəsi deyil. Nərminin başına gələnlər  hamımızın faciəsidir. Bu hadisəni törədənləri insan adlandırmaq istəmirəm. Bu, insanlıq əleyhinə cinayətdir”.   

Bu sözləri millət vəkili Qənirə Paşayeva yanvarın 6-sı yandırılmış cəsədi tapılan 10 yaşlı Nərmin haqda News24.az-a danışarkən deyib. 
Q.Paşayeva cinayəti törədənlərə layiq olduqları cəzanın veriləsinin mütləq olduğunu bildirib:”Vəhşiliyi törədənlər layiq olduğu cəzanı almalıdırlar. Eyni zamanda bu cinayətə köməklik edənlər də eyni cəzanı almalıdırlar. Bu, Nərmini geri gətirməyəcək. Onun ailəsinin ağrısını da azaltmayacaq. Amma bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi sadəcə bu ailə üçün deyil, bütün azərbaycanlılarımız üçün vacibdir. On minlərlə insanımız bunu gözləyir. Ailələrində körpə uşaqları, qızları olanlar səksəkə içindədirlər”. 

Millət vəkili məsələnin dövlət orqanları tərəfindən nəzarətdə olduğunu vurğulayıb:”Bu məsələ ən yüksək səviyyədə Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Bakıdan gələn ekspert qrupu bir neçə saat orada işlədi. Ekspertiza üçün lazım olan hər şey götürüldü. İnanırıq ki, bu cinayəti törədənlər yaxın zamanlarda tapıılacaq və layiq olduqları cəzanı alacaqlar. Cəmiyyət də bunu görəcək. Bu, çox vacibdir. Nərminin faciəsi, üzüntüsü hamımızın ağrısıdır”.
 
Sevda Bayramova
Teymur Məmmədov