-
- 10-01-2020, 10:04
- 1 397
Sabirabadda 2 ədəd QUMBARA AŞKARLANDI
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sabirabad rayonu, Xəqani küçəsi 1 ünvanında qazıntı işləri aparılarkən 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan News24.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Sabirabad Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ünvanda su kanalının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 150 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.