Damla Nərminin MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR
    • 10-01-2020, 16:17
    • 1 380

Damla Nərminin MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

Müğənni Damla Tovuzun Dondar Quşçu kəndinə yollanıb.

News24.az
xəbər verir ki, buna səbəb vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin məzarını ziyarət etməsidir.

O, fotoları belə şərh edib: "Günlərdir içimiz darmadağın, gözlərimiz yaşlı, çarəsiz halda hamımız sənin faciənə məhv olmuşuq. Sənin qönçə arzularına, şıltaq xəyallarına ,işıqlı gələcəyinə, qıyan vicdansız əllər özünə necə insan deyib yaşayır?İnsanlıq bir körpə mələyi qətlə yetirəcək qədər öldümü? Gülən dodaqlarına, ipək saçlarına, günahsız baxışlarına necə qıymaq olar axı? Gözəl qızım Nərminim nurlar içində yat. Cənnət mələyim nə sənin nə də ananın ahı yerdə qalmaz!!!"

Sevda Bayramova