-
- 5-09-2018, 15:55
- 473
ABŞ-ın cazibəsinə DÜŞƏNLƏR: Azərbaycanda hər il minlərlə insan aldadılır - ARAŞDIRMA
“- Salam xanım. Biz Amerikada təhsil almaq üçün sizin şirkətə müraciət etmək qərarına gəldik. Mənim ali təhsil haqqında diplomum olduğu təqdirdə, Amerikada təhsil almaq şansım nə qədərdir?
- "Çox gözəl. Bizdə imkanlar kifayət qədər genişdir. Siz hansı sahə üzrə təhsil almaq istəyərdiniz?”.
Bu anda ikimiz də bir ağızdan “humanitar sahə üzrə” deyirik.
Bu dialoq Azərbaycanda Amerikaya təhsil üçün tələbə ixrac edən özəl şirkətlərin birində baş tutdu. İlk baxışda hər şey xoş təəssürat yaradır.
Dünyanın bütün siyasi və iqtisadi gücünü özündə birləşdirən bir ölkədə təhsil almaq qulağa necə də xoş səslənir...
Bəlkə də hamının xəyalından keçir ki, dünyanın bir nömrəli dövlətinin təhsilini də mənimsəmiş olsun. Bir çoxları bu arzunun daşıyıcısıdır, amma bunu reallaşdırmaq potensialı da olmalıdır.
Çoxu potensialı adını çəkmək istəmədiyimiz həmin şirkətlərdə axtarır, düşünür ki, öz çalışqanlığı və ABŞ-da təhsil almaq imkanı yaradan şirkətlərin yardımını birləşdirsə, xəyalı gerçəkləşəcək.
Hər şey isə bu qədər sadə deyil. Buna görə də, həmin şirkətin əməkdaşı olan xanıma belə bir sual veririk:
“- Dəstəyiniz haqqında eşitmişik. Bəs sizin bu sahədə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığınız varmı? Çünki səfirliyin özünün təhsil proqramları var, onlar sizi özlərinin tərəfdaşı kimi görürlərmi?”
Bu sual deyəsən gözlənilməz olur, xanım bizə “sizin üçün əlimizdən gələni etməyə hazırıq, siz əlaqə nömrənizi verin, əlaqə saxlayacağıq” - deyə bildirir.
Amma xarici kinolardakı müəllim obrazını xatırladan həmin xanım nədənsə səfirliklə bağlı ünvanladığımız sualdan məharətlə yayınır.
Sonradan isə biz özümüz dəfələrlə həmin şirkətlə əlaqə saxlasaq da, ABŞ-da təhsil almaq üçün prosedur qaydalar haqda şablon ifadələr eşidirik. Səfirliklə tərəfdaşlığın olub-olmaması sualı isə hələ də cavabsızdır. Telefonun dəstəyini qaldıran xanım isə sanki diplomatlara xas soyuqqanlıq və bacarıqla sualımızı “cavablandırır”.
ABŞ səfirliyinin tərəfdaşı kimi xal qazanmaq istəyənlər
Mövzunu araşdıranda məlum olur ki, həmin şirkətlərin ABŞ-ın Azərbaycandakı səfirliyi ilə heç bir əməkdaşlığı yoxdur. Bu gün Azərbaycanda ABŞ-da iş və təhsil imkanı yaradacağını bəyan edən kifayət qədər özəl şirkət var.
Onların bir çoxu dəfələrlə özünü ABŞ səfirliyinin partnyoru kimi təqdim etməyə çalışıb, amma bu metod, yalnız bir qrup insanı necə deyərlər, tələyə salıb.
Modern.az saytı məsələ ilə bağlı rəsmi mənbələrdən də məlumatlar almağa çalışıb. Anonimliyini saxlamaq istəyən mənbə deyib ki, əslində həmin şirkətlərin ABŞ səfirliyi, ya da Azərbaycanın rəsmi qurumları ilə heç bir tərəfdaşlığı yoxdur.
“Onların Amerikada təhsil almağa göndərmək səlahiyyətləri yoxdur. İnsanlar aldanıb belə şirkətlərə pul verməməlidirlər”-deyə mənbə bildirib.
Bu təşkilatların insanları yanlış istiqamətə yönəltdiyi haqqında məlumatlar var. Bunu dəqiqləşdirmək üçün bəzi qaranlıq məqamlara işıq salmağa çalışdıq.
Mənbənin sözlərinə görə, şirkətlər viza məsələsində insanların bilgisizliyindən istifadə edərək, onları qeydiyyatdan keçirəcəklərinə inandıra bilirlər.
Buna görə də, Amerikada təhsil arzusu ilə alışıb-yanan şəxslər haqqında viza alınması üçün yanlış məlumatlar daxil edirlər.
Ancaq məsələ heç də onların istədiyi kimi alınmaya bilər, çünki nəticədə səfirlik viza məsələsini bir daha araşdırır, yanlış məlumatları asanlıqla tapa bilir.
Nəticədə isə itirən həmin təhsil şirkəti yox, ABŞ-da təhsil xəyallarının suya düşdüyü neçə-neçə gəncdir.
ABŞ-da təhsil almaq istəyənlər viza məsələsində çox ehtiyatlı olmalıdırlar, ayıq-sayıqlığı əldən verməməlidirlər. Çünki bir dəfə yanlışlıq vizadan imtinaya, gələcəkdə ümumiyyətlə həmin şəxslərə viza verilməməsinə gətirib çıxara bilər.
Mənbənin sözlərinə görə, Azərbaycanda 100-dən çox belə təhsil şirkəti mövcuddur ki, onların da əksəriyyəti insanların etibarından sui-istifadə edirlər.
Amerikada təhsil sahəsində təkmilləşmək üçün isə yüksək göstəricilər tələb olunur və onların biliyi, dünyagörüşü yoxlanılır. Bunun üçün ən azından bakalavr diplomu olmalıdır, üstəgəl ingilis dili səviyyəsi yüksək tələblərə cavab verməlidir.
Bu insanlar nəticədə ABŞ səfirliyi tərəfindən təşkil olunan müsabiqələrdə iştirak edir, qaliblər isə Amerikada təhsil almağa göndərilir.
Rəsmi qaynaqlara görə, hər il Azərbaycandan 150 tələbə qanuni şəkildə ABŞ-da təhsil almağa gedir.
ABŞ-da təhsil üçün proqramlar
Məlumatlara görə, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 mindir.
Onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Amerika, Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.
Dünya reytinqində ilk səkkiz yeri məhz ABŞ ali məktəbləri tutur.
Qeyd etmək lazımdır ki, bu ölkədə kollec və universitet arasında elə də böyük fərq yoxdur. Hər iki anlayış ali təhsil imkanı verən təhsil müəssisəsi deməkdir. Həm universitetdə, həm də kollecdə bakalavr, magistr və doktorluq dərəcəsini ala bilərsiniz. Fərq yalnız ölçülərdə və tələbə sayındadır. Yəni universitet yalnız böyüklüyünə görə kollecdən fərqlənir. Məsələn, dünya reytinqində birinci yerdə qərarlaşan Harvard Universiteti tibb, mühəndislik kollecləri, biznes-məktəb və sair bu tipli təhsil müəssisələrindən ibarətdir.
Kiçik və orta kolleclərdə xarici tələbələr üçün yardım xidmətləri aktiv şəkildə fəaliyyət göstərir. Məhz bu təhsil ocaqlarında xaricdən gələn tələbələrə maliyyə dəstəyi üçün xüsusi proqramlar, eləcə də tələbələrin Amerika həyatının reallıqlarına uyğunlaşmasına imkan verən proqramlar yaradılır.
Statistikaya görə, ABŞ-ın kollec və universitetlərinə hər il 400 min tələbə qəbul olunur. Onların cəmi 7 faizi təhsil müəssisəsindən, 5-6 faizi isə hər hansı bir sponsordan və ya fonddan yardım alır.
ABŞ-da pulsuz təhsil imkanları da mövcuddur. Burada siz hər hansı bir müəssisə tərəfindən təhsil almaq və ixtisas artırmaq kimi imkanlardan və fondların yardımından istifadə edə bilərsiniz.
Həmçinin təqaüdlər də var. Bu zaman siz ən geniş yayılmış (“scholarship”) adi təqaüdə ümid bağlaya bilərsiniz. Bu, ən çox istənilən təqaüd sayılır.
Belə ki, bu təqaüdə görə sizdən təşəkkürdən başqa heç bir şey tələb olunmur. Buradan əldə edəcəyiniz gəlir əsasən təhsil xərclərinə bəs edir. Bəzi hallarda isə bu, həmçinin yaşayış xərclərinə çatır. Bu təqaüd əsasən dövlət (dövlətdən maliyyələşən təşkilat tərəfindən), ştat, təhsil müəssisəsinin özü və ya onun məzunlar fondu tərəfindən verilir.
İkinci təqaüd növü isə “fellowship” adlanır ki, bu təqaüd də qeyri-rəsmi elmi cəmiyyətlər xətti ilə verilir. Bu təqaüd əsasən elmi tədqiqatlar sferasında bu və ya digər sahədə kifayət qədər təmsil olunmayan müxtəlif azlıqların nümayəndələrinə (həmçinin qadınlara) ödənilir.
Həmçinin qrant ala bilərsiniz. Qrant əsasən hər hansı bir layihə üçün ödənilir.
Buraya həmçinin qazanc yerləri kimi asissent işləri və borc kimi üsulları da nəzərdən keçirə bilərsiniz.
Hər hansı bir təhsil müəssisəsini seçməzdən əvvəl eyni zamanda bir neçə məktəbi tədqiq etmək lazımdır. Bu təhsil ocaqlarının hansında xarici tələbələrə maliyyə yardımı olmasını, təhsil xərclərini və qəbul şərtlərini öyrəndikdən sonra seçim etmək olar.
ABŞ-ın bütün təhsil müəssisələrində tədris avqustda başlayır. Və əgər agentin yardımı olmadan özünüz sənəd vermək istəyirsinizsə, bu zaman 12-18 ay əvvəlcədən hazırlaşmaq lazımdır.
Supergücə tərəf “əyilməyin” səbəbləri
Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycandan ABŞ-a oxumağa getmək istəyən şəxsləri bir neçə qrupa bölmək olar.
Belə ki, onların əksəriyyətini Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edib, uğur qazanmayanlar təşkil edir. Belə ki, onların topladıqları ballar burdakı ali məktəblərə qəbul olunmağa imkan vermir.
“İkinci kateqoriyaya isə o şəxslər daxildir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olunurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər” – ekspert bildirir.
Bu insanların çoxunun həm təhsil almaq, həm də həmin bu ölkədə işləmək və yaşamaq üçün xaricə üz tutmaq istədiyini qeyd etmək lazımdır. Təbii ki, buradakı yüksək maaş onları bu ölkələrə üz tutmağa daha çox həvəsləndirir. Həmçinin qeyd olunmalı məsələlərdən biri də odur ki, Azərbaycanda təhsil alan şəxslərin burada işləmək imkanlarının da o qədər ürəkaçan olmamasıdır. Bu da insanları xaricə müraciət etməyə məcbur edən əsas problemlərdən biridir.
“Amma müəyyən kateqoriya valideynlər var ki, onların maddi imkanları yaxşıdır və övladlarının Amerikada təhsil almasını istəyir. Əlbəttə ki, bunun əsas səbəbi orda dünya standartlarına cavab verən, əmək bazarının peşəkar səviyyədə tələblərini yerinə yetirən kadr hazırlığının həyata keçirilməsidir. İstər ölkəmizdə, istərsə də xaricdə Amerika universitetlərini bitirən şəxslərin yüksək səviyyəli kadr potensialı olduğu və işlə təmin olunması göz qabağındadır. Bu amili nəzərə də alan bəzi xaricdə təhsil xidməti göstərən şirkətlər valideynlərin etibarından sui istifadə edirlər”- K.Əsədov qeyd edir.
“Agentlər” və pul
Bəs xaricdə təhsil almaq istəyənlər hara və necə müraciət edə bilərlər? Xarici universitetlərin digər ölkələrdə onları təmsil edən özəl agentlikləri var. Bu təhsil şirkətləri müqavilələr əsasında təhsil almaq istəyən şəxslə təhsil ocağı arasında əlaqə yaratmaq funksiyasını daşıyır.
Xarici təhsil ocaqları niyə abituriyentlərlə əlaqə üçün agentlikləri seçir? Axı onlar həmin ölkələrdə öz nümayəndəliklərini yarada bilərlər. Təbii ki, burada pul böyük rol oynayır.
Nəzərə almaq lazımdır ki, hər bir təhsil müəssisəsi xarici vətəndaşları təhsilə cəlb edərkən, ilk növbədə maliyyə məsələsini prioritet tutur. Belə ki, həmin ölkələrdə təhsil alan yerli tələbələrin təhsil ödənişləri xarici tələbələrlə müqayisədə çox aşağı olur.
Və buna görə də xarici universitetlər digər ölkələrdən tələbə cəlb etməkdə maraqlı olurlar. Bu təhsil müəssisələrinin nümayəndəlik yox, təhsil agentlikləri ilə iş görmələri də sırf maliyyə məsələləri ilə bağlıdır. Belə ki, digər ölkələrdə nümayəndəliklər saxlamaq böyük xərclər tələb etdiyindən təhsil ocaqları üçün bu tipli agentliklərlə işləmək bir dünya təcrübəsinə çevrilib. Yəni bu yalnız bizim ölkədə deyil, bütün ölkələrdə belədir. Bu məsələdə hər iki tərəf qazanclı çıxır. Həm təhsil müəssisəsi, yalnız faktiki tələbələrə görə agentliklərə pul ödəyir, həm də agentliklər bu işdən öz qazanclarını əldə edir. Bunu bu tipli şirkətlərin bu boşluğu doldurması kimi də qiymətləndirmək olar.
Ən təhlükəlisi...
Belə agentliklərlə iş görən şəxslər bəzi problemlərlə üzləşirlər. Belə ki, bu agentlikləri iki yerə bölmək olar.
K.Əsədov deyir ki, hər il minlərlə valideyn xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılır.
Açıq mənbələr vasitəsi ilə yaranan problemləri araşdırmağa çalışdıq. Yaranan problemlərin miqyasını nəzərə alaraq birinci qrupa sırf saxtakarlıqla məşğul olan şəxsləri aid etmək olar. Onlar heç bir tələbəni xaricdə təhsil almağa göndərmir. Əvəzində isə dələduzluqla məşğul olaraq insanların bilgisizliyindən istifadə edərək, onların pullarını qanunsuz yollarla mənimsəməkdə maraqlı olurlar.
İkinci qrupa isə bu işdə təhsil ocağı kimi maliyyə məsələsində maraqlı olaraq insanların arzularına çatmaqlarına yardım etmək istəyənləri göstərmək olar. Elə bunları da iki yerə bölsək, ədalətli olar. Burada əsasən öz işinə peşəkarcasına yanaşaraq, insanların xaricdə təhsil almalarında və təbii ki bu yolla haqlı qazanc əldə etməkdə maraqlı olan agentliklər rəğbətə layiqdir.
İkinci alt qrupa əsasən hibrid olaraq fəaliyyət göstərən və necə deyərlər bir nümunə ilə bir neçə qurban əldə edən agentliklər daxildir.
Onlar bir neçə şəxsə xaricdə təhsil şansı yaradaraq, digər şəxsləri bu yolla tora salır və onların pullarını mənimsəyir. Bu qrup özlüyündə çox təhlükəlidir. Çünki bu şəxslər insanların hissləri üzərindən oyunlar çıxararaq, çox zaman qarşı tərəfi şikayət etmək fikrindən yayındıra bilirlər.
Burada istisna olaraq bəzi təhsil agentliklərinin qeyri-professionallıqlarını da qeyd etmək lazımdır.
Bəs bu cür hallara düşməmək üçün nələri etmək lazımdır? İlk olaraq qeyd etmək istərdik ki, bu təhsil ocaqları xarici tələbələri cəlb etməkdə maraqlı olduqları və bir tərəfdən də saxtakarlıq hallarının qarşısını almaq üçün öz rəsmi internet səhifələrində bu cür imkanları yaradıblar. Yəni bir balaca bu sahədə məlumat alaraq dil bilgisi və adi xarici zənglə bu istəyinizə nail ola bilərsiniz. Burada təhsil almaq istədiyiniz ölkənin rəsmi dili və ya beynəlxalq dil bilgisi vacib olaraq qalır.
Amma yenə də bu növ agentliklərlə iş görmək istəyənlər üçün bəzi tədbirləri nəzərə alsalar yaxşı olar.
K.Əsədov bununla bağlı sualımızı cavablandırarkən qeyd edib ki, bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüanslara diqqət yetirməlidir.
“Birincisi baxsınlar ki, övladlarının təhsil alacağı universitet nostirifkasiya.edu.az saytında Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmı? İkincisi həmin universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün icazəsi, lisenziyası varmı? Bunlar ilkin əsas səbəblərdir.”
Bunun üçün ödəniləcək məbləğə görə müqavilə bağlanmasının tələb olunmasını da unutmaq olmaz. Müqavilənin olmaması yarana biləcək problemlər sırasında həmin məbləğin geri qaytarılmasını çətinləşdirir, bəzən də mümkünsüz edir.
Bununla yanaşı, müqavilə ümumi müddəalarla yanaşı, tam konkret maddələri də əks etdirməlidir. Bu sizi istəmədiyiniz təhsil müəssisəsi və ya istəmədiyiniz sahə üzrə təhsil almaq kimi anlaşılmazlıq və ya aldatmalardan qoruyacaq”.
Təhsil ekspertinin sözlərinə görə, əsasən valideynlərin vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur.
“Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq. Amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər. Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirilmirlər”.
Yəni siz müqavilədə sizə təklif olunanların hər birinin tam olaraq əks olunduğuna əmin olmalısınız.
Dəvət məktubu
Hər şeyin uğurlu getməsindən sonra təbii ki, qəbul olduğunuz təhsil ocağından dəvət məktubu ilə qarşılaşacaqsınız. Məktubu aldıqdan sonra həmin universitetin beynəlxalq şöbəsinə müraciət edərək məktubun saxta olmadığına əmin olmalısınız. Bunu səfər tədbirlərindən əvvəl etmək lazımdır, yoxsa burada da boş yerə xərcə düşə bilərsiniz. Dəvət məktubunda göstərilən şərtləri diqqətlə oxumaq və onlara əməl etmək tələb olunur. Bundan əlavə bu məktubda təhsil üçün ödəniləcək məbləğ, ödəniş üsulları, təqaüd və digər şeylər göstərilməlidir.
“Ancaq təəssüflər olsun ki, valideynlərin belə fırıldaqçı xaricdə təhsil xidməti göstərən şirkətlər tərəfindən aldadılma faktı az deyil. İl ərzində azı mindən çox insan bu problemin qurbanına çevrilir.
Bu zaman əlbəttə ki, valideynlər həm maddi, həmdə mənəvi ziyana düşürlər.
Bu zaman hüquq mühafizə orqanları və məhkəməyə müraciət etməyi tövsiyə edirəm”-K.Əsədov söhbəti belə yekunlaşdırıb.
ABŞ-ın Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu hər il 50 mindən çox fərdi mübadilələri həyata keçirir. Bu mübadilələr ABŞ xalqı ilə digər xalqlar arasında qarşılıqlı anlaşmanı özündə ehtiva edir.
Azərbaycanda bu proqram əsasında məzun olanların sayı 5 mindən çoxdur. Onlar müxtəlif sahələrdə çalışan alimlər, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri, biznes liderlər və sahibkarlardır.
ABŞ Dövlət Departamenti də hər il Azərbaycandan müxtəlif proqramlar üzrə insanları ABŞ-a təhsil almağa göndərir.
ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Fulbrayt Tələbə Proqramı isə Azərbaycanlı gənclərin ABŞ universitetlərində magistr təhsili almaq üçün təqaüd proqramıdır.
//modern.az