-
- 11-01-2020, 22:42
- 731
Hava limanına yaxın göllər qurudulur
Bakıda hava limanı ərazisində neft tullantıları ilə çirklənmiş göllər qurudulub.
News24.az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər''ə Azərbaycan Milli Elimlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib. İnstitut direktoru deyib ki, aeroporta yaxın ərazilərdə evlər tikildiyindən kanalizasiya suları və yeraltı sular ''Çuxurdərə'' gölündə suyun səviyyəsini qaldırıb.
Artıq ərazidə yaşıllıqların salınması işləri görülür.