Güclü küləklə əlaqədar Heydər Əliyev prospektində sürət həddi endirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 5-08-2019, 13:01
    • 886

Güclü küləklə əlaqədar Heydər Əliyev prospektində sürət həddi endirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

“Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür”. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a bildirilib ki, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü külək bağlı xəbərdaredici məlumatı yazılıb.