Cəsarət Valehov geri döndü- FOTO
    • 13-01-2020, 14:54
    • 1 313

Cəsarət Valehov geri döndü- FOTO

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat katibi vəzifəsini yenidən yerinə yetirəcək.

Bu barədə News24.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilib.

Qeyd edək ki, Cəsarət Valehov təhsil alması ilə bağlı Amerika Birləşmiş Ştatlarına köçmüşdü. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırmışdı. Onun vəzifəsinin müvəqqəti icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Büllurə Hacızadəyə tapşırılmışdı.

Afaq Mirayiq